Görkəmli bəstəkar Emin Sabitoğlunun doğum günüdür
Yeniliklərdən dərhal xəbərdar olun
Bu gün görkəmli bəstəkar Emin Sabitoğlunun anadan olmasından 89 il ötür.
BAKU.WS xatırladır ki, Mahmudov Emin Sabit oğlu (Sabitoğlu) 1937-ci il noyabrın 2-də Bakıda anadan olub.
Musiqi məktəbindən sonra o, konservatoriyaya daxil olub (1954, Qara Qarayevin sinfi). İki ildən sonra Çaykovski adına Moskva Dövlət Konservatoriyasına keçirilib (1956-1961, Yuri Şaporinin bəstəkarlıq sinfi).
1961-ci ildə "Azərbaycanfilm" kinostudiyasında musiqi redaktoru vəzifəsində çalışıb. Sonrakı illərdə Dövlət Filarmoniyasında bədii rəhbər, Ü.Hacıbəyov adına Dövlət Konservatoriyasında (indiki Bakı Musiqi Akademiyası) müəllim işləyib.
Musiqinin müxtəlif janrlarında bir çox dəyərli əsərlərin müəllifi olan Emin Sabitoğlu bir simfoniya, üç simfonik poema, üç kantata, simli kvartet, skripka və fortepiano üçün poema yazıb. Lakin bir neçə musiqi janrı onun yaradıcılığının əsasını, müəyyənedici hissəsini təşkil edirdi.
O, 600-dən artıq mahnı, doqquz musiqili komediya, 40-a yaxın filmə musiqi bəstələyib. "Dərələr", "Bakı, sabahın xeyir", "Uzaq yaşıl ada", "Dağlar", "İnsaf da yaxşı şeydir" mahnıları çoxsaylı əsərlərindən bəziləridir.
Tamaşalara yazdığı musiqilərsə o qədər çoxdur ki, sayını heç bəstəkarın özü də bilmirdi. Paytaxt teatrları ilə yanaşı, Sumqayıt, Gəncə, Lənkəran, Mingəçevir, Naxçıvan teatrlarının tamaşalarına musiqi bəstələyib.
Emin Sabitoğlu 18 noyabr 2000-ci ildə Bakıda vəfat edib.
O, Bakının II Fəxri xiyabanında dəfn olunub.
Oxşar xəbərlər
Əvvəl 9 idi, indi 26 oldu - İstilik mövsümünə tez başlanılan rayonların sayı artırıldı
Nazirlər Kabinetinin 2026-cı il 4 may tarixli 128 nömrəli qərarı ilə təsdiq edilmiş "İstilik enerjisindən istifadə qaydaları"na əsasən iqlim şəraiti fərqli olan...