Bu gün qadınların bayramıdır
08
mar
2019
08:42
Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür. Qadın hərəkatının tarixi 1857-ci ildə Nyu-Yorkda qadınların 12 saatlıq iş gününə etirazı ilə başlayıb. 1910-cu ildə alman sosialist qadın Klara Setkin 8 martın dünya qadınlar günü kimi qeyd edilməsinə nail olub. 1977-ci ildə BMT bu günü qadın günü kimi rəsmiləşdirib.Qadınlar bayramı Azərbaycanda da geniş qeyd edilir. 1965-ci ildən keçmiş SSRİ-də 8 Mart - Beynəlxalq Qadınlar Günü istirahət günü elan olunub. Azərbaycan müstəqillik əldə etdikdən sonra da 8 Mart - Beynəlxalq Qadınlar Günü ölkədə qeyri-iş günüdür.Bu bayram münasibəti ilə BAKU.WS-in xanımları başda olmaqla bütün Azərbaycan qadınlarını təbrik edirik!BAKU.WS
Oxşar xəbərlər
Martda qeyri-iş günlərinin sayı 16 oldu
Azərbaycanda mart ayının gəlişi həm də tətil ab-havası deməkdir. BAKU.WS-in məlumatına görə, bu il martda Beynəlxalq Qadınlar günü və Novruz bayramı ilə əlaqəda...