Martda qeyri-iş günlərinin sayı 16 oldu

Martda qeyri-iş günlərinin sayı 16 oldu
Şou-biznes 3179
Azərbaycanda mart ayının gəlişi həm də tətil ab-havası deməkdir. BAKU.WS-in məlumatına görə, bu il martda Beynəlxalq Qadınlar günü və Novruz bayramı ilə əlaqədar 8 qeyri-iş günü olacaq.Belə ki, Novruz bayramı ilə əlaqədar 20, 21, 22, 23, 24 mart qeyri-iş günləri olacaq. Bu il bayram günü hesab edilən 23 və 24 mart həftələrarası istirahət günləri ilə üst-üstə düşdüyündən 25, 26 mart da qeyri-iş günü hesab ediləcək. Beləliklə, Novruz bayramı günlərində 20-26 mart tarixləri qeyri-iş günləri olacaq. İş günü 27 martdan hesablanacaq.Beləliklə, beşgünlük iş qrafiki ilə çalışanlar üçün 2, 3, 8, 9, 10, 16, 17, 20, 21, 22, 23, 24, 25, 26, 30, 31 tarixləri iş günü deyil.Bu barədə Baş nazir Novruz Məmmədov hələ ötən il dekabrın 19-da sərəncam imzalayıb.BAKU.WS

Oxşar xəbərlər

Mart ayında 10 gün iş olmayacaq

Mart ayında 10 gün iş olmayacaq

Mart ayında Beynəlxalq Qadınlar günü və Novruz bayramı ilə əlaqədar 10 qeyri-iş günü olacaq.BAKU.WS-in məlumatına görə, Beynəlxalq Qadınlar Günü münasibətilə ma...

2117 Şou-biznes 11:34 20 fevral 2019

Son xəbərlər