8 gün iş olmayacaq
15
fev
2018
16:58
Mart ayında bayramlarla əlaqədar 8 gün qeyri-iş günü olacaq.APA-nın məlumatına görə, 8 Mart - Qadınlar günü iş günü hesab edilmir.Nazirlər Kabinetinin “2018-ci ildə Novruz, Ramazan, Qurban bayramları haqqında” 2017-ci il 6 dekabr tarixli qərarına əsasən, 2018-cı ildə 20, 21, 22, 23, 24 mart Novruz bayramıdır.Əmək Məcəlləsinə əsasən, 24 mart şənbə - yəni həftələrarası istirahət günü iş günü hesab olunmayan bayram gününə düşdüyü üçün 26 mart qeyri-iş günü olacaq. Beləliklə, bu il Novruz bayramında bir həftə ardıcıl qeyri-iş günü olacaq.Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 2017-ci il 20 dekabr tarixli 18 nömrəli qərarı ilə 2018-ci ilin İş vaxtı norması və İstehsalat təqvimi təsdiq edilib.Qərara əsasən, beşgünlük iş həftəsində 26 mart istirahət günüdür.BAKU.WS
Oxşar xəbərlər
Təhsil Nazirliyindən məktəblilərin qış tətili ilə bağlı qərar
Bu həftənin şənbə günündən orta məktəblərdə şagirdlərin qış tətili başlayır.BAKU.WS-in məlumatına görə, Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun mü...