Azərbaycanda 9 gün iş olmayacaq
09
dek
2017
10:05
Nazirlər Kabineti gələn ilin Novruz, Ramazan və Qurban bayramları ilə əlaqədar olaraq qeyri iş günlərinin vaxtını açıqlayıb.BAKU.WS-in məlumatına görə, bu barədə qərarı baş nazir Artur Rasizadə imzalayıb.Qərarda bildirilir ki, 2018-ci ildə Novruz, Ramazan, Qurban bayramları haqqında "Azərbaycan Respublikasının Əmək Məcəlləsinə dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2006-cı il 8 dekabr tarixli Qanununun tətbiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 dekabr tarixli fərmanının 2-ci hissəsinə əsasən 20, 21, 22, 23, 24 mart Novruz bayramı, 15, 16 iyun Ramazan bayramı, 22, 23 avqust Qurban bayramıdır.Qanunvericiliyə uyğun olaraq, həmin günlər iş günü hesab edilmir.BAKU.WS
Oxşar xəbərlər
2018-ci ilin bayram günləri AÇIQLANDI
Nazirlər Kabineti 2018-ci ilin Novruz, Ramazan və Qurban bayramları barədə qərar verib.BAKU.WS xəbər verir ki, Nazirlər Kabinetin mətbuat xidmətinin rəhbəri Aki...