Yanvarın 22-si iş günü olacaqmı?

Yanvarın 22-si iş günü olacaqmı?
Sosial 6724
Azərbaycanda 20 Yanvar - Ümumxalq Hüzn Gününün bu il həftənin şənbə gününə təsadüf etməsi yanvarın 22-də iş gününün olub-olmayacağı sualını doğurub.BAKU.WS-in Trend-ə istinadən verdiyi məlumata görə, yanvarın 20-si Ümumxalq Hüzn Günü olduğundan ölkədə iş günü hesab edilmir.Lakin Əmək Məcəlləsinə əsasən, həftələrarası istirahət günləri yalnız iş günü hesab olunmayan bayram günləri ilə üst-üstə düşdükdə həmin istirahət günü bilavasitə bayram günündən sonrakı iş gününə keçirilir. Buna görə də yanvarın 20-nin həftənin şənbə gününə təsadüf etməsinə baxmayaraq, həmin gün Ümumxalq Hüzn Günü olduğundan növbəti həftənin bazar ertəsi günü, yəni yanvarın 22-si iş günü hesab ediləcək.Qeyd edək ki, 2018-ci ildə 1, 2 yanvar - Yeni il bayramı, 20 Yanvar - Ümumxalq Hüzn Günü, 8 Mart - Qadınlar Günü, 20, 21, 22, 23, 24 mart - Novruz bayramı, 9 May - Faşizm üzərində Qələbə günü, 28 May - Respublika Günü, 15 İyun - Milli Qurtuluş Günü, 15,16 iyun - Ramazan bayramı, 26 İyun - Silahlı Qüvvələri Günü, 22, 23 avqust - Qurban bayramı, 9 Noyabr - Dövlət Bayrağı Günü və 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü iş günü hesab edilmir.BAKU.WS
Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Novruz bayramında bir həftə iş olmayacaq

Novruz bayramında bir həftə iş olmayacaq

Bu il Novruz bayramı ilə bağlı qeyri-iş günləri məlum olub.APA-nın məlumatına görə, Nazirlər Kabinetinin qərarına əsasən, 2018-cı ildə 20, 21, 22, 23, 24 mart N...

2838 Şou-biznes 12:17 04 yanvar 2018

Son xəbərlər