Yeni il bayramının istirahət günləri açıqlandı
20
noy
2017
09:54
Azərbaycanda yeni il bayramında qeyri-iş günlərinin sayı açıqlanıb.BAKU.WS-in məlumatına görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) mətbuat xidmətindən verilən məlumata görə, növbəti ildə mülkiyyət və təşkilatı-hüquqi formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda Əmək Məcəlləsinin tələblərinə uyğun şəkildə işçilərin iş vaxtı normasının düzgün hesablanması və tətbiq edilməsi işləri həmin İş vaxtı norması və İstehsalat təqviminə əsasən yerinə yetirilməlidir.Məlumata görə, bu ilin dekabrın 31-də Dünya Azərbaycanlılarının Həmrəyliyi günü, 2018-ci ilin yanvarın 1-də və 2-də isə Yeni il bayramı əlaqədar iş olmayacaq. Dekabrın 31-i bazar gününə təsadüf etdiyindən Əmək Məcəlləsinə əsasən növbəti iş günü, yəni yanvarın 3-ü də qeyri-iş günü hesab ediləcək.Dekabrın 30-u isə şənbə gününə təsadüf edir. Beləliklə, ölkədə 5 gün - dekabrın 30-da, 31-də, yanvarın 1-də, 2-də və 3-də iş olmayacaq. Yəni, Yeni il bayramı ilə əlaqədar 5 gün iş olmayacaq.Yanvarın 4-ü Yeni ilin və yeni iş həftəsinin ilk iş günüdür. BAKU.WS
Oxşar xəbərlər
2017-ci il üçün iş və qeyri-iş günləri açıqlanıb (SİYAHI)
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 15 dekabr 2016-cı il tarixli 10 nömrəli qərarı ilə 2017-ci ilin İş vaxtı n...