5 gün istirahət olacaq

5 gün istirahət olacaq
Şou-biznes 2811

 

Azərbaycanda Yeni il bayramında 5 gün qeyri-iş günü olacaq.

"Report" xəbər verir ki, 2016-cı ilin dekabrın 31-i Dünya Azərbaycanlılarının Həmrəyliyi günü ilə əlaqədar qeyri-iş günüdür.

2017-ci ilin yanvarın 1-2-də Yeni il bayramı ilə əlaqədar qeyri-iş günləri olacaq.

Əmək Məcəlləsinə əsasən, dekabrın 31-i həftənin şənbə, yanvarın 1-i isə bazar gününə təsadüf etdiyindən yanvarın 3-də və 4-də də iş olmayacaq. Yanvarın 5-i isə iş günü hesab edilir.

Beləliklə, Yeni il bayramında 5 gün iş olmayacaq.

BAKU.WS

Oxşar xəbərlər

Sentyabrda Azərbaycanda qeyri-iş günlərinin sayı bir gün artırılacaq

Sentyabrda Azərbaycanda qeyri-iş günlərinin sayı bir gün artırılacaq

Bu ilin sentyabr ayında Azərbaycanda qeyri-iş günlərinin daha bir gün artırılacağı gözlənilir. BAKU.WS "Report”-a istinadən xəbər verir ki, sentyabrın 26-da öl...

6525 Sosial 12:09 27 iyul 2016

Son xəbərlər