Novruz bayramında bir həftə iş olmayacaq

Novruz bayramında bir həftə iş olmayacaq
Şou-biznes 2829
Bu il Novruz bayramı ilə bağlı qeyri-iş günləri məlum olub.APA-nın məlumatına görə, Nazirlər Kabinetinin qərarına əsasən, 2018-cı ildə 20, 21, 22, 23, 24 mart Novruz bayramıdır.Əmək Məcəlləsinə əsasən, 24 mart şənbə, yəni həftələrarası istirahət günü iş günü hesab olunmayan bayram gününə düşdüyü üçün 26 mart qeyri-iş günü olacaq. Beləliklə, bu il Novruz bayramında bir həftə qeyri-iş günü olacaq.Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 2017-ci il 20 dekabr tarixli 18 nömrəli qərarı ilə 2018-ci ilin İş vaxtı norması və İstehsalat təqvimi təsdiq edilib. Qərara əsasən beşgünlük iş həftəsində 26 mart istirahət günüdür.BAKU.WS

Oxşar xəbərlər

Yeni il bayramının istirahət günləri açıqlandı

Yeni il bayramının istirahət günləri açıqlandı

Azərbaycanda yeni il bayramında qeyri-iş günlərinin sayı açıqlanıb.BAKU.WS-in məlumatına görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) mətbuat xi...

12980 Şou-biznes 09:54 20 noyabr 2017

Son xəbərlər