Azərbaycanda yeni il bayramı ilə əlaqədar 5 gün tətil başlayır
29
dek
2017
09:30
Sabahdan Azərbaycanda yeni il bayramı ilə əlaqədar 5 gün tətil başlayır. BAKU.WS-in məlumatına görə, bu ilin dekabrın 31-də Dünya Azərbaycanlılarının Həmrəyliyi günü, 2018-ci ilin yanvarın 1-də və 2-də isə Yeni il bayramı əlaqədar iş olmayacaq. Dekabrın 31-i bazar gününə təsadüf etdiyindən Əmək Məcəlləsinə əsasən növbəti iş günü, yəni yanvarın 3-ü də qeyri-iş günü hesab ediləcək.Dekabrın 30-u isə şənbə gününə təsadüf edir. Beləliklə, ölkədə 5 gün - dekabrın 30-da, 31-də, yanvarın 1-də, 2-də və 3-də iş olmayacaq. Yəni, Yeni il bayramı ilə əlaqədar 5 gün iş olmayacaq.Yanvarın 4-ü Yeni ilin və yeni iş həftəsinin ilk iş günüdür. ŞahinBAKU.WS
Oxşar xəbərlər
Məktəblilər Yeni il bayramında neçə gün evdə olacaqlar? - RƏSMİ CAVAB
Təhsil Nazirliyi Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar orta məktəblərdə dərslərin hansı tarixlərdə keçiriləcəyinə aydınlıq g...