Təhsil Nazirliyindən məktəblilərin qış tətili ilə bağlı qərar

Təhsil Nazirliyindən məktəblilərin qış tətili ilə bağlı qərar
Sosial 11127
Bu həftənin şənbə günündən orta məktəblərdə şagirdlərin qış tətili başlayır.BAKU.WS-in məlumatına görə, Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov Trend-ə bildirib ki, məktəblilərin qış tətili 27-31 yanvar tarixlərində, yəni 5 gün olacaq. Fevralın 1-də artıq şagirdlər dərsdə iştirak etməlidirlər.Qeyd edək ki, şagirdlərin növbəti istirahəti 8 mart – Beynəlxalq Qadınlar Günü və Novruz bayramı günlərində olacaq. 20, 21, 22, 23, 24 mart tarixləri Novruz bayramı hesab olunduğundan, 24 mart isə şənbə, yəni həftələrarası istirahət günü iş günü hesab olunmayan bayram gününə düşdüyündən, 26 mart qeyri-iş günü olacaq. Buna görə də bu il Novruz bayramında bir həftə qeyri-iş günü olacaq və bununla əlaqədar şagirdlər ardıcıl olaraq, həftənin 7 günü istirahət edə biləcəklər.BAKU.WS

Oxşar xəbərlər

Yanvarın 22-si iş günü olacaqmı?

Yanvarın 22-si iş günü olacaqmı?

Azərbaycanda 20 Yanvar - Ümumxalq Hüzn Gününün bu il həftənin şənbə gününə təsadüf etməsi yanvarın 22-də iş gününün olub-olmayacağı sualını doğurub.BAKU.WS-in T...

6679 Sosial 15:32 08 yanvar 2018

Son xəbərlər