Təhsil Nazirliyindən tətil günləri ilə bağlı AÇIQLAMA (VİDEO)
13
noy
2017
10:23
Təhsil Nazirliyi məktəblilərin payız tətili günləri ilə bağlı açıqlama verib.BAKU.WS xəbər verir ki, nazirlikdən Trend-ə verilən məlumata görə, 2017-2018-ci dərs ilinin ilk tətili - payız tətili 16-20 noyabr tarixlərində olacaq: "Şagirdlər noyabrın 16-da dərsə getməyəcəklər. Həmin gün tətilin ilk günü olacaq. Noyabrın 21-də isə dərs başlayır".Qeyd edək ki, bu tədris ilində şagirdlər üçün payız tətili ilə yanaşı, 5 gün qış tətili (27-31 yanvar) və ibtidai siniflər üçün 5 günlük əlavə yaz tətili (1-5 may) olacaq. Bunlardan əlavə, Yeni il və Novruz bayramı günləri ilə əlaqədar ölkədə qeyri-iş günləri hesab edilən günlərdə məktəblilər dərsə getməyəcəklər.BAKU.WS
Oxşar xəbərlər
Məktəblilərin payız tətilinin vaxtı açıqlandı
Təhsil Nazirliyi orta məktəblərdə payız tətilinin günlərini açıqlayıb. BAKU.WS-in məlumatına görə, nazirlikdən Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki,...