Azərbaycanda son zəngin tarixi açıqlandı
Bu il son zəng iyunun 14-də çalınacaq. Bu barədə ANS PRESS-ə Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov deyib. Onun sözlərinə görə, mövcud qanunvericiliyə uyğun olaraq və dünya təcrübəsini nəzərə alaraq dərs ilinin müddəti bu ildən etibarən iyun ayının 14-dək uzadıldığına görə, son zəng də həmin gün çalınacaq.
Nazirlər Kabineti dərs ilinin artırılması ilə bağlı "Ümumtəhsil məktəbinin nümunəvi nizamnaməsi”nə hələ 2014-cü ildə dəyişiklik edib. Bu dəyişiklik bu ildən etibarən məktəblərə tətbiq olunub.
Dəyişikliyə əsasən ümumtəhsil məktəblərində dərslər sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatacaq.
Dərs ili iki yarımilə bölünüb, birinci yarım il sentyabrın 15-dən yanvarın 26-na kimi, ikinci yarımil fevralın 1-dən iyunun 14-nə kimi davam edəcək.
Dərs ili ərzində tətillərin tarixi aşağıdakı kimidir:
Payız tətili - 16 noyabr 20 noyabr
Qış tətili - 27 yanvar 31 yanvar
Bundan əlavə ibtidai siniflər üçün 5 günlük əlavə yaz tətili müəyyənləşdiriləcək. Bu tətil mayın 1-dən 5-nə kimi olacaq.
Təhsil Nazirliyindən verilən məlumata görə, bu müddət ərzində materialların tədrisi nisbətən məktəbdə asanlaşacaq. Bu da uşaqların xeyrinə olan bir məsələdir.
BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanda iyun ayının qeyri-iş günləri məlum olub
İyun ayında Azərbaycanda iki bayram qeyd olunacaq. "Report" xəbər verir ki, iyunun 15-i Milli Qurtuluş Günü, iyunun 26-sı isə Azərbaycan Silahlı Qüvvələri Günü...