Nazirlik məktəblərdə yoxlamalara başlayır

Nazirlik məktəblərdə yoxlamalara başlayır
Sosial 1563
 

Azərbaycan Təhsil Nazirliyi orta məktəblərdə monitorinqlər keçirməyi nəzərdə tutur.

Bu barədə Trend-ə nazirlikdən məlumat verilib. Təhsil Nazirliyindən bildirilib ki, monitorinqlərin keçirilməsində məqsəd ümumi təhsil müəssisələrində şagirdlərin dərsə davamiyyəti ilə bağlı vəziyyəti öyrənməkdir. Monitorinqlərin dərs ilinin son günlərində keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, ötən tədris ilində orta məktəblərdə tədris mayın 31-də başa çatsa da, bu dərs ilindən tədrisin iyunun 14-də bitməsi barədə qərar verilib.

Bəzi məktəblərdə isə valideynlərə bildirilib ki, əvvəlki illərdə olduğu kimi, bu il də fənlər üzrə proqramların tədrisi mayın sonunda yekunlaşacaq. Ona görə də dərslər iyunun 14-dən də tez bitə bilər.

BAKU.WS

Oxşar xəbərlər

Təmas xəttinə yaxın 28 məktəbdə tədris dayandırılıb

Təmas xəttinə yaxın 28 məktəbdə tədris dayandırılıb

Ermənistan silahlı qüvvələrinin təmas xəttində yaratdığı təxribat nəticəsində cəbhə boyu bölgələrimizdə yaranan gərginlik nəticəsində Goranboy rayonunun Tap, Ta...

903 Sosial 20:05 05 aprel 2016

Son xəbərlər