Gündəlikdəki biabırçı səhvlə bağlı rəsmi açıqlama
Azərbaycanda orta məktəblərdə istifadə edilən məktəbli gündəliyinin "Bayram günləri" bölməsində Dövlət Müstəqilliyi Günü 9 noyabr olaraq göstərilib.
BAKU.WS-in məlumatına görə, valideynlər tərəfindən sosial şəbəkədə paylaşılan şəkildən görünür ki, "Bayram gün"ləri səhv qeyd edilib.
Əslində 9 noyabr tarixi "Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü" kimi qeyd olunur. "Müstəqillik Günü" isə 18 oktyabr olaraq qeyd edilir.
Təhsil Nazirliyindən BAKU.WS-in orta məktəblərdə istifadə edilən məktəbli gündəliyindəki səhvlə bağlı sorğusuna cavab olaraq bildirlib ki, Təhsil Nazirliyi qeyd edilən məsələ ilə bağlı cavabdehlik daşımır.
Nazirlikdən əmin edirlər ki, bununla əlaqədar müvafiq araşdırma aparılacaq.
ŞAHİN Həbibov
BAKU.WS
Oxşar xəbərlər
Təhsil naziri: "Məktəbə səsləyən zəng sədaları yaxın vaxtlarda Şuşada, Xankəndində çalınacaq"
Təhsil naziri Mikayıl Cabbarov "Bilik Günü" münasibəti ilə müəllimləri, şagirdləri və tələbələri təbrik edib. BAKU.WS nazirin təbrikini təqdim edir: "Əziz m...