Növbəti dərs ilinin tətil günləri

Növbəti dərs ilinin tətil günləri
Sosial 2173
 

Azərbaycanda fəaliyyət göstərən ümumtəhsil müəssisələrinin 2016-2017-ci dərs ili ərzində tətil günləri müəyyən edilib.

"Report”un xəbərinə görə, növbəti dərs ilində 5 gün payız tətili (16-20 noyabr), 5 gün qış tətili (27-31 yanvar) olacaq.

İbtidai siniflər üçün isə 5 günlük əlavə yaz tətili (1-5 may) veriləcək.

Bundan başqa, növbəti dərs ilində də ümumtəhsil məktəbində dərs məşğələləri sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatacaq.

Dərs ili iki yarımilə bölünür. Birinci yarımil 15 sentyabr- 26 yanvar, ikinci yarımil isə 1 fevral- 14 iyun tarixlərini əhatə edəcək.

BAKU.WS

Oxşar xəbərlər

Bəzi məktəblərdə son zəng bu gün keçirilir

Bəzi məktəblərdə son zəng bu gün keçirilir

Təhsil Nazirliyi bəzi ümumtəhsil müəssisələrində "Son zəng” tədbirlərinin iyunun 14-dən tez keçirilməsi məsələsinə aydınlıq gətirib. Nazirlikdən "Report”un sor...

1134 Sosial 13:45 13 iyun 2016

Son xəbərlər