Azərbaycanda 7 gün iş olmayacaq (TƏQVİM)

Azərbaycanda 7  gün iş olmayacaq (TƏQVİM)
Şou-biznes 9003
Azərbaycanda bu il Novruz çərşənbələrinin qeyd olunacağı tarixlər açıqlanıb.BAKU.WS xəbər verir ki, AMEA-nın Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılov özəl olaraq Trend-ə bildirib ki, bu il ilk - Su çərşənbəsi fevralın 26-na təsadüf edəcək.X.Mikaylovun sözlərinə görə, martın 5-də Od, martın 12-də Yel çərşənbəsi olacaq.Novruzun ilaxır - Torpaq çərşənbəsi isə martın 19-da qeyd ediləcək.Bu il yaz fəsli ölkəyə martın 20-dən 21-nə keçən gecə saat 01:58-də gələcək.X.Mikayılov qeyd edib ki, martın 20-si ölkəmizdə bayram axşamı, 21-i isə bayram günü kimi qeyd ediləcək.Xatırladaq ki, bu il Novruz bayramı ilə əlaqədar 20, 21, 22, 23, 24 mart qeyri-iş günləri olacaq. Bu il bayram günü hesab edilən 23 və 24 mart həftələrarası istirahət günləri ilə üst-üstə düşdüyündən 25, 26 mart da qeyri-iş günü hesab ediləcək. Beləliklə, Novruz bayramı günlərində 20-26 mart tarixləri qeyri-iş günləri olacaq.BAKU.WS

Oxşar xəbərlər

Martda bayramlarla əlaqədar 8 gün iş olmayacaq

Martda bayramlarla əlaqədar 8 gün iş olmayacaq

Mart ayında Beynəlxalq Qadınlar günü və Novruz bayramı ilə əlaqədar 8 qeyri-iş günü olacaq.BAKU.WS-in məlumatına görə, martın 8-i Beynəlxalq Qadınlar günü olduğ...

4400 Şou-biznes 09:49 02 mart 2018

Son xəbərlər