Novruz çərşənbələrinin vaxtı açıqlandı

Novruz çərşənbələrinin vaxtı açıqlandı
Şou-biznes 5484
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanası (ŞAR) 2018-ci ildə qeyd olunacaq Novruz çərşənbələrinin vaxtını açıqlayıb. BAKU.WS xəbər verir ki, Rəsədxananın direktor müavini Xıdır Mikayılov APA-ya bildirib ki, bu il axırıncı çərşənbə baharın gəlişi ilə eyni günə təsadüf edəcək. Onun sözlərinə görə, fevralın 27-də ilk - Su çərşənbəsi, martın 6-da Od, martın 13-də Hava (Yel), martın 20-də isə axırıncı - Torpaq çərşənbəsi qeyd olunacaq. X. Mikayılov qeyd edib ki, yaz fəsli Azərbaycana martın 20-də Bakı vaxtı ilə saat 20:15-də daxil olacaq.BAKU.WS

Oxşar xəbərlər

Yer qaranlığa qərq olacaq? - AMEA-dan AÇIQLAMA

Yer qaranlığa qərq olacaq? - AMEA-dan AÇIQLAMA

AMEA Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası noyabrın 15-də Yupiter ilə Veneranın bir-birinə yaxınlaşması nəticəsində Yerin noyabrın 27-dək qaranlı...

2729 Sosial 20:20 13 noyabr 2017

Son xəbərlər