Sabah 16.06-da bizi gözləyən hadisə

Sabah 16.06-da bizi gözləyən hadisə
Hadisə 10207
Sabah Yerə yaxınlaşacaq Florens asteroidi Bakı vaxtı ilə 16.06-da Yerlə ən yaxın məsafədə olacaq.BAKU.WS Trend-ə istinadən bildirir ki, bunu Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılov bildirib.Florensin Yerə yaxınlaşan ən böyük asteroid olduğunu deyən X.Mikayılov qeyd edib ki, sabah 16.06-da həmin asteroidlə Yer arasındakı məsafə 7 milyon km olacaq.Bunun çox böyük məsafə olduğunu açıqlayan direktor müavini qeyd edib ki, Florens Yerə cənub-şərq istiqamətindən başlayaraq yaxınlaşacaq, cənub-qərb istiqamətindən isə uzaqlaşacaq:"Asteroid üfiqdən 30 dərəcə hündürlükdən - təxminən ekvator müstəvisindən yuxarıdan keçəcək. Asteroid keçən zaman hava işıqlı olacağından biz onun Yerə yaxınlaşma anını adi gözlə müşahidə edə bilməyəcəyik. Amma sentybarın 1-də axşam onun Yerdən uzaqlaşmasını 10-15 sm-lik teleskoplarla müşahidə etmək olar".X.Mikayılov Florens asteroidinin yaxınlaşmasının Yer üçün heç bir təhlükə yaratmadığını da söyləyib.BAKU.WS

Oxşar xəbərlər

Yer kürəsi üçün TƏHLÜKƏ - Nəhəng asteroid yaxınlaşır

Yer kürəsi üçün TƏHLÜKƏ - Nəhəng asteroid yaxınlaşır

Yer kürəsinə çoxmərtəbəli bina boyda bir asteroid yaxınlaşır. O, planetimizin yaxınlığından bu il oktyabrın 12-də keçəcək. BAKU.WS Milli.Az-a istinadən xəbər v...

1818 Şou-biznes 20:11 11 avqust 2017

Son xəbərlər