Bu gün Azərbaycan ərazisinə bahar gəlir
Bu gün Azərbaycan ərazisinə bahar gəlir.
AMEA-nın Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini Xıdır Mikayılovun "Report”a baharın gəlişinin Bakı vaxtı ilə təxminən saat 14:29-da baş verəcəyini bildirib.
Onun sözlərinə görə, martın 19-da Günəş səmanın cənub yarımkürəsindən şimal yarımkürəsinə keçid edəcək: "Həmin an Günəş Yerin hərəkət müstəvisi ilə Yerin ekvator müstəvisinin kəsişdiyi nöqtədə olacaq. Bu nöqtəyə astronomiyada "yaz bərabərliyi nöqtəsi” deyilir. Günəş həmin nöqtədə olanda gecə və gündüz bərabərliyi qeydə alınacaq. Həmin andan şimal yarımkürəsində astronomik bahar başlayır və bu, iyunun 21-dək davam edəcək”.
BAKU.WS
Oxşar xəbərlər
Novruz çərşənbələrinin vaxtı AÇIQLANDI
Bu il Azərbaycanda qeyd ediləcək Novruz çərşənbələrinin vaxtı açıqlanıb. BAKU.WS xəbər verir ki, N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktor müavin...