Günəş maksimum dərəcədə aşağı enəcək, Ay bədirlənəcək

Günəş maksimum dərəcədə aşağı enəcək, Ay bədirlənəcək
Hadisə 1388
 

21 iyun 2016-cı il tarixində insanlar təxminən yarım əsrdir ki, müşahidə olunmayan hadisə ilə tanış olacaqlar.

Azərbaycan Milli Elmlər Akademiyasından (AMEA) BAKU.WS-ə verilən məlumatıan görə, həmin gün bədrlənmiş Ay və iyun gündönümü baş verəcək. Növbəti oxşar hadisə 2042-ci ildə gözlənilir. Yaxın günlərdə Yerin şimal yarımkürəsində Günəşin maksimal dərəcədə hündürlüyə qalxması, cənub yarımkürəsində isə maksimal dərəcədə aşağı enməsi qeydə alınacaq. Bu hadisədən bir müddət əvvəl bədrlənmiş Ay müşahidə olunacaq.

İyul ayının sonlarında isə gecə səmasını Delta-Akvarida adlı meteor axınları bəzəyəcək. 11 və 12 avqust tarixlərində çoxsaylı "düşən ulduz"-ları ilə fərqlənən Perseida meteor axını baş verəcək. Bu ecazkar astronomik hadisə zamanı saatda 100 meteor axını müşahidə olunacaq. 27 avqust tarixində teleskopsuz görünə bilinməyən Yupiter və Venera planetlərinin yaxınlaşması baş verəcək.

Payızın ilk günü isə qeyri-adi Günəş tutulması ilə yadda qalacaq. Bu vaxt Ay Günəşin çox hissəsini bağlayaraq, ulduzun yalnız kiçik "alovlu" hissəsini görünməsinə imkan verəcək.

BAKU.WS

Oxşar xəbərlər

Ay tutulması Azərbaycanda da müşahidə ediləcək

Ay tutulması Azərbaycanda da müşahidə ediləcək

2016-cı ilin ilk ay tutulması baş verib. BAKU.WS məlumat verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Şamaxı Astrofizika Rəsədxanasının direkt...

1417 Şou-biznes 13:21 24 mart 2016

Son xəbərlər