Ömər Rəcəbli Bakıda keçirilən dünya çempionatında 1/4 finala vəsiqə əldə edib
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan cüdoçusu Ömər Rəcəbli Bakıda keçirilən dünya çempionatında 1/4 finala vəsiqə əldə edib.
BAKU.WS report-a istinadən xəbər verir ki, 81 kq çəki dərəcəsində yarışan idmançı 1/8 finalda özbəkistanlı Murodjon Yuldoşevə qalib gəlib.
Azərbaycan təmsilçisi növbəti mərhələdə serbiyalı Mihaylo Siminlə üz-üzə gələcək.
Xatırladaq ki, Milli Gimnastika Arenasında təşkil olunan mundial oktyabrın 11-də başa çatacaq. Daha əvvəl Azərbaycan təmsilçilərindən Əhməd Yusifov (60 kq) qızıl, Rəşid Məmmədəliyev (73 kq) bürünc medal qazanıb.
*** 12:39
Azərbaycan cüdoçusu Ömər Rəcəbli Bakıda keçirilən dünya çempionatında 1/8 finala vəsiqə qazanıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, 81 kq çəki dərəcəsində yarışan idmançı Sibqatullah Arabı (IRT) məğlub edib.
Xatırladaq ki, Milli Gimnastika Arenasında təşkil olunan mundial oktyabrın 11-də başa çatacaq.
Daha əvvəl Azərbaycan təmsilçilərindən Əhməd Yusifov (60 kq) qızıl, Rəşid Məmmədəliyev (73 kq) bürünc medal qazanıb.
Oxşar xəbərlər
"Barselona" futbolçuları Bakıda
UEFA Çempionlar Liqasında Liqa mərhələsinin 5-ci turu çərçivəsində "Barselona" klubu Bakıda "Sabah"ın qonağı olacaq. BAKU.WS xəbər verir ki, artıq İspaniya təms...