Meteor yağışı olacaq
Mənzərəli meteor yağışı bu həftə gecə səmasını işıqlandıracaq.
BAKU.WS-in Azərbaycan Milli Elmlər Akademiyasına istinadla verdiyi məlumata görə, bu il Perseida meteor axını gecə səmasını bəzəyəcək.
Bu səma şousu avqustun 12-dən 13-nə keçən gecə öz pik noqtəsinə çatacaq. Kosmik hadisə səmada bir saat ərzində təxminən 100 sayda "düşən ulduz” kimi təzahür edəcək və Yer kürəsinin bütün guşələrindən aydın müşahidə ediləcək.
Ekspertlər bildiriblər, meteorların işıqlanmasını müşahidə etməyə Ayın işığı mane olmayacaq. Çünki gecə səmasının şəhzadəsi bu zaman təzə aya – yəni öz "tünd" fazasına yaxınlaşacaq.
Qeyd edək ki, bu meteor axınının müşahidəsi üçün heç bir optik cihaz lazım olmayacaq.
BAKU.WS
Oxşar xəbərlər
Sabah yağış yağacaq
Sabah Bakıya yağış yağacaq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BAKU.WS-ə verilən məlumatına görə, Bakıda və Ab...