Sabah yağış yağacaq

Sabah yağış yağacaq
Şou-biznes 23

 

Sabah ölkə ərazisində əsasən yağmursuz, günəşli hava müşahidə olunacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BAKU.WS-ə verilən məlumata görə avqustun 5-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli olacağı gözlənilir. Gündüz cənub-şərq küləyi əsəcək. Axşam mülayim şimal-qərb küləyinə keçəcək. Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 24-27˚, gündüz 33-37˚ isti olacaq.

Azərbaycanın rayonlarında da avqustun 5-də hava şəraitinin yağmursuz keçəcəyi, lakin axşam və gecə bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimal olunur. Şərq küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.

Avqustun 5-də havanın temperaturu aran rayonlarında gecə 21-26˚, gündüz 34-39˚, bəzi yerlərdə 42˚, dağlarda gecə 16-21˚, gündüz 29-34˚ isti olacaq.

BAKU.WS

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

FHN əhalliyə müraciət etdi

FHN əhalliyə müraciət etdi

Fövqəladə Hallar Nazirliyi havaların həddindən artıq isti keçməsilə əlaqədar olaraq əhaliyə müraciət edib. Nazirliyin mətbuat xidmətindən BAKU.WS-ə verilən mə...

1134 Hadisə 10:53 04 avqust 2015

Son xəbərlər