Avtomobil gətirmək adı ilə 385 minlik dələduzluq etdi

Avtomobil gətirmək adı ilə 385 minlik dələduzluq etdi
Hadisə 37

Sumqayıt Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Sənan Qasımovun (adı, soyadı şərtidir) barəsindəki qərardan verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

BAKU.WS Pravda.az-a istinadən xəbər verir ki, hakim Elman Əhmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

Qərara əsasən, təqsirləndirilən şəxsin apellyasiya şikayəti təmin edilməyib.

İttihama görə, Sənan Qasımov 2023-cü ilin yanvar ayından etibarən Bakı şəhərində avtomobil satışı ilə məşğul olan şəxsə Cənubi Koreya Respublikasından satış üçün maşınlar gətirəcəyini bildirib. Tərəflər razılığa gəldikdən sonra təqsirləndirilən şəxs 2009-cu il istehsalı olan KIA avtomobili gətirəcəyini vəd edib.

Avtomobilin zərərçəkmiş şəxsin tanışının adına sifariş ediləcəyi barədə razılıq əldə olunduqdan sonra Sənan Qasımov Cənubi Koreyada fəaliyyət göstərən şirkətinin adından hesab-faktura göndərib. Sənəddə ban nömrəsi olan, 2009-cu il istehsalı KIA markalı avtomobil üçün şirkətin bank hesabına 2 700 ABŞ dolları köçürülməsi göstərilib.

S.S. Xırdalanda bank vasitəsilə 700 ABŞ dollarını həmin şirkətin hesabına köçürüb. Pul köçürməsi barədə təqsirləndirilən şəxsə də məlumat verilib.

İttiham materiallarına əsasən, Sənan Qasımov bununla kifayətlənməyib. O, 2023-cü ilin yanvar ayında avtomobilin daşınma xərcləri adı ilə zərərçəkmiş şəxsdən 2 000 dollar, öz xidmət haqqı qismində isə 400 dollar olmaqla, ümumilikdə 2 400 dollar nağd pul alıb.

Beləliklə, avtomobilin gətirilməsi ilə bağlı bank köçürməsi və nağd ödənişlər vasitəsilə zərərçəkmiş şəxsdən ümumilikdə 5 100 ABŞ dolları əldə edilib.

İttihama görə, Sənan Qasımov avtomobil gətirmək barədə verdiyi vədlərdən aldatma vasitəsi kimi istifadə edərək pul vəsaitini ələ keçirib və bununla zərərçəkmiş şəxsə 8 670 manat məbləğində maddi ziyan vurub.

İş üzrə ittihamın mahiyyətindən görünür ki, təqsirləndirilən şəxs ayrı-ayrı şəxslərin əmlakını vahid niyyətlə və təkrarən aldatma yolu ilə ələ keçirib. Onun əməlləri nəticəsində zərərçəkmiş şəxslərə ümumilikdə təxminən 385 000 manat məbləğində maddi ziyan vurulub.

Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Sənan Qasımov Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib. Ona 8 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər