Dünya çempionatı: Zelim Tçkayev növbəti mərhələyə vəsiqə qazanıb
Azərbaycan cüdoçusu Zelim Tçkayev Bakıda keçirilən dünya çempionatındakı ilk görüşündə qələbə qazanaraq növbəti mərhələyə adlayıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, 81 kq çəki dərəcəsində mübarizə aparan idmançı 1/16 finalda Viktor Sterpu (Moldova) ilə üz-üzə gəlib.
Rəqibini ipponla məğlub edən Z.Tçkayev 1/8 finala vəsiqə qazanıb. O, növbəti raundda Birləşmiş Ərəb Əmirliklərini təmsil edən Nuqzari Tatalaşvili ilə qarşılaşacaq.
Xatırladaq ki, Milli Gimnastika Arenasında təşkil olunan mundial oktyabrın 11-də başa çatacaq. Daha əvvəl Azərbaycan təmsilçilərindən Əhməd Yusifov (60 kq) qızıl, Rəşid Məmmədəliyev (73 kq) bürünc medal qazanıb.
Oxşar xəbərlər
"Qarabağ"ın hücumçusu "Olimpiakos"a keçə bilər
"Qarabağ"ın futbolçusu karyerasını ölkə xaricində davam etdirə bilər. BAKU.WS İdmanxeber.az-a istinadən xəbər verir ki, söhbət Ağdam təmsilçisinin əvəzedici kom...