Ayaqüstə dayana bilməyən Nejat İşler sevənlərini kədərləndirdi

Ayaqüstə dayana bilməyən Nejat İşler sevənlərini kədərləndirdi
Video
Şou-biznes 106

Uzun müddətdir gözlərdən uzaq həyat yaşayan aktyor Nejat İşlerin yeni görüntüləri sevənlərini kədərləndirib.

BAKU.WS xəbər verir ki, "Leyla The Band" qrupunun konsertində görüntülənən aktyor ayaqüstə dayanmaqda çətinlik çəkib.

Həmkarı Çağlar Çorumlu ilə birlikdə tədbirə qatılan aktyorun gecənin irəliləyən saatlarında iki nəfərin dəstəyi ilə konsert arenasından uzaqlaşdırılıb.

Hadisənin səbəbi ilə bağlı hələlik heç bir rəsmi açıqlama verilməyib.

Görüntülərin sosial şəbəkələrdə yayılmasından sonra istifadəçilər müxtəlif reaksiyalar göstəriblər.

Bəzi izləyicilər, "İllərdir eynidir, heç olmasa konsertdə etmə", "Özünə yazığı gəlmir" və "Özünü düşünməyən başqasını necə düşünsün" kimi tənqidi şərhlər yazıblar.

Nejat İşler yaşananlarla bağlı hələ ki açıqlama verməyib.

Sözügedən kadrları təqdim edirik:

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər