Bayramınız mübarək əziz xanımlar!
Bu gün 8 Mart Beynəlxalq Qadınlar Günü qeyd olunur. BAKU.WS-in məlumatına görə, Beynəlxalq İşçi Qadınlar Günü olaraq tanınan 8 mart tarixində qadınların iqtisadi, ictimai və siyasi mübarizəsini, habelə ümumi olaraq qadınlara qarşı nəzakət, sevgi və məhəbbəti tərənnümünü ənənəvi hala gətirmiş bayramdır. Bu gün Klara Setkinin təklifi ilə 1910-cu ildə sosialist qadınların Kopenhagendə keçirilən II beynəlxalq konfransında təsis olunub. İlk dəfə 1911-ci ildə Almaniya, Avstriya, İsveçrə və Danimarkada, 1913-cü ildə isə Rusiyada bu gün qeyd edilməyə başlanılıb. 1975-ci ildə BMT tərəfindən 8 Mart Beynəlxalq Qadınlar Günü kimi elan edilib. 8 mart postsovet respublikalarında, habelə Anqola, Burkina-Faso, Qvineya-Bisau, Kamboca, Çin, Konqo, Laos, Makedoniya Respublikası, Monqolustan, Nepal, Şimali Koreya və Uqandada qeyri-iş günü sayılır. BMT də 8 martı beynəlxalq qadınlar günü kimi tanıyıb. Azərbaycanda bu bayram 1917-ci ildən mütəmadi qeyd edilməyə başlanılıb. 8 Mart-Beynəlxalq Qadınlar günü Azərbaycanda qeyri-iş günü elan olunub. Əziz xanımlar Sizi 8 mart Beynəlxalq Qadınlar Günü münasibətilə BAKU.WS kollektivi adından təbrik edirik! Ziya Babayev
BAKU.WS
Oxşar xəbərlər
Qanuni fahişəxanada çalışan anadan qızlara ürəksızladan müraciət
Türkiyənin Balıkesir şəhərində dövlətin nəzarətində olan qanuni fahişəxanada 16 ildir çalışan Hayal 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə həmkarlarını...