Bu gün Beynəlxalq Qadınlar Günüdür

Bu gün Beynəlxalq Qadınlar Günüdür
Şou-biznes 927
Bu gün bütün dünyada 8 Mart – Beynəlxalq Qadınlar Günü qeyd olunur.Bu gün Klara Setkinin təklifi ilə 1910-cu ildə sosialist qadınların Kopenhagendə keçirilən II beynəlxalq konfransında təsis olunub.Mahiyyət etibarilə bu gün qadınların ictimai-siyasi, iqtisadi bərabərlik, öz hüquqları uğrunda mübarizədə həmrəylik günü kimi yaradılıb. Dünyanın bir çox ölkələrində 8 Mart məhz çalışan, əməkçi qadınların günü kimi qeyd olunur.İlk dəfə 1911-ci ildə Almaniya, Avstriya, İsveçrə və Danimarkada, 1913-cü ildə isə Rusiyada bu gün qeyd edilməyə başlanılıb. 1975-ci ildə BMT tərəfindən 8 Mart Beynəlxalq Qadınlar Günü kimi elan edilib.Azərbaycanda bu bayram 1917-ci ildən mütəmadi qeyd edilməyə başlanılıb.1998-ci ildə Azərbaycanda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi də yaradılıb. Azərbaycan həm də Avropa Şurasının qadınlarla bağlı bürosunda təmsil olunur, BMT-nin qadın məsələləri üzrə komissiyasının tam hüquqlu üzvüdür.1995-ci ildən isə ölkəmiz qadınlara qarşı münasibətdə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması haqqında beynəlxalq konvensiyaya qoşulub.8 Mart-Beynəlxalq Qadınlar günü Azərbaycanda qeyri-iş günü elan olunub.BAKU.WS

Oxşar xəbərlər

Bakıda xanımların kişilərdən 8 mart istəyi: "Range Rover istəyirəm" (VİDEO)

Bakıda xanımların kişilərdən 8 mart istəyi: "Range Rover istəyirəm" (VİDEO)

Ahhh bu qadınlar, qadınlar. Onlarsız bizim bir günümüz belə olmasın... Qadınlar həyatın mənası, bəzəyi və əbədi gözəlliyidir. Qadın böyük güvvədir!8 Mart bütün...

7481 Şou-biznes 11:46 06 mart 2018

Son xəbərlər