Bu gün qadınların bayramıdır
Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür. Qadın hərəkatının tarixi 1857-ci ildə Nyu-Yorkda qadınların 12 saatlıq iş gününə etirazı ilə başlayıb. 1910-cu ildə alman sosialist qadın Klara Setkin 8 martın dünya qadınlar günü kimi qeyd edilməsinə nail olub. 1977-ci ildə BMT bu günü qadın günü kimi rəsmiləşdirib.
Qadınlar bayramı Azərbaycanda da geniş qeyd edilir. 1965-ci ildən keçmiş SSRİ-də 8 Mart - Beynəlxalq Qadınlar Günü istirahət günü elan olunub. Azərbaycan müstəqillik əldə etdikdən sonra da 8 Mart - Beynəlxalq Qadınlar Günü ölkədə qeyri-iş günüdür.
Bu bayram münasibəti ilə BAKU.WS-in xanımları başda olmaqla bütün Azərbaycan qadınlarını təbrik edirik!
Oxşar xəbərlər
Ramil Usubovdan qadın polislərə hədiyyə
Martın 7-də Daxili İşlər Nazirliyində Beynəlxalq Qadınlar Gününə həsr olunmuş təntənəli mərasim keçirilib. Nazirlikdən BAKU.WS-ə verilən məlumata görə, tədbird...