“Venesuelanın Saakaşvilisi”: Xuan Quaydo haqda bilmədiklərimiz...

“Venesuelanın Saakaşvilisi”: Xuan Quaydo haqda bilmədiklərimiz...
Siyasət 997
Təbii fəlakətdən sonra ailəsi evsiz qalan liderin Çavesə qarşı çıxmasının detallarıİndi hamı 35 yaşlı gənc siyasətçi - Xuan Quaydodan danışır. Onu "Venesuelanın Saakaşvilisi” də adlandırmaq olar. Çünki "Mişa” kimi Quaydo da hakim rejimin içindən çıxmış və ona qarşı siyasətdə aparıcı fiqurdur.Necə ki, Mixali Saakaşvili ABŞ-ın açıq dəstəyi ilə hakimiyyətə gəldi, eləcə də Venesuelada parlamentin spikeri olan müxalifətçi X.Quaydo Tramp administrasiyasının aşkar dəstəyini almaqdadır.Son parlament seçkilərində Maduronun partiyası məğlub olub və müxalifət üstünlük təşkil edir. Amma prezident idarəçiliyindən narazılıq getdikcə böyüməyə başlayıb.Məlum hadisələrdən sonra ABŞ, Latın Amerikası və Avropa ölkələrinin əksəriyyəti Venesuelanın Milli Assambleyasının lideri Xuan Quaydonu ölkənin keçid dövrü prezidenti kimi tanıyıb.Onlar hazırki prezident Nikolas Maduronun ötən il qalib olduğu seçkiləri qeyri-qanuni saydığı üçün legitimliyini tanımırlar.Hesab edirlər ki, Maduronun sosialist siyasəti neftlə zəngin ölkənin iqtisadiyyatını tənəzzülə uğradıb. Ölkədəki yüksək inflyasiya, qida və tibbi ləvazimatlar çatışmazlığı səbəbi ilə milyonlarla insan öz ölkəsində baş verən dəyişikliklər və yoxsulluqdan qaçır.Tramp administrasiyası Maduroya kürsünü tərk etmək üçün, Venesuelanın dövlət neft şirkətinə sanksiyalar tətbiq edib.Hərbi müdaxiləni dəstəkləyənlər siyasi repressiya və narkotik alverində adı hallanan Maduro hökumətin devirmək üçün hərbi gücün zəruri ola biləcəyini və bir çox venesuelalı tərəfindən müsbət qarşılandığını bildirirlər. Bəs, kim bu gənc siyasətçi və de-fakto prezident Quaydo?İnternet resurslarında məlumat verilir ki, 1983-cü il təvəllüdlü Xuan Quaydo "Xalq iradəsi” Partiyasının üzvü, Varqas ştatından olan federal deputatdır.Quaydo aviaşirkətin pilotu və müəllimənin 8 övladından biridir. Bacılarından biri Venesuela Milli Assambleyasının çavuşu, digəri isə Venesuela donanmasının kapitanıdır.Varqas ştatında baş verən təbii fəlakət zamanı onun valideynləri bir müddət evsiz qalıblar. Fəlakət onun həmkarlarının sözlərinə görə, siyasi fəaliyyətinə böyük təsir göstərib. O zamanlar hakimiyyətə gələn Uqo Çaves fəlakətin aradan qaldırılmasına effektiv tədbirlər görməyibmiş.Xuan 2007-ci ildə Andres Bello Katolik Universitetində mühəndis təhsilini bitirib. Sonradan Corc Vaşinqton Universitetində təhsilini davam etdirib. Bir sözlə, ABŞ siyasət məktəbinin yetişdirməsidir.35 yaşlı Xuan Quaydo Latın Amerikasında o qədər də məşhur olmayan siyasətçidən cəmi iki həftə ərzində başlıqların qəhrəmanına çevrilib. Quaydo doğma şəhərinin "La Quayra Akulaları” beysbol komandasına və salsa rəqslərinə olan sevgisi ilə məşhurdur. Onun partnyoru Fabiana Rosalesdir, onların Miranda adlı bir qızı var.Quaydonun siyasi "xaç atası” hazırda ev dustaqlığında olan Leopoldo Lopesdir - o, "Voluntad Popular” ("Xalq iradəsi”) Partiyasının qurucusudur. 2011-ci ildə Quaydo bu partiyadan deputat seçilib."Xalq iradəsi” Partiyası - sosial-demokrat partiyasıdır. O, azlıqlar barəsində tərəqqipərvər siyasətin tərəfdarıdır . LGBT (cinsi azlıqlar) cəmiyyətinin ilk nümayəndələri parlamentə məhz bu partiyadan seçiliblər.Bundan başqa, "Xalq iradəsi” bazarın qorunub saxlanmasına, dövlətin iqtisadiyyata qarışmamasına tərəf çıxır. Bununla birlikdə sosial təminatın, yoxsulluqla mübarizənin və regionların subsidiyalaşdırılmasının tərəfdarıdır. Yerli ekspertlər deyirlər ki, Quaydo dağınıq parlament müxalifətini birləşdirməyi bacara biləcək fiqurdur.Siyasi şərhçi Əhəd Məmmədlinin fikrincə, Maduro xalqın bir hissəsinə arxalanaraq hələ də hakimiyyətdə dayana bilib:"Bütün sosial-iqtisadi problemlərə, ABŞ və Avropa Birliyi kimi güclərin onların Latın Amerikasındakı müttəfiqlərinin qarşı çıxmasına baxmayaraq prezident postunda qala bilib. Bu, onun qələbəsidir. ABŞ polis və ordunu ələ ala bilsə- yeri gəlmişkən, hava qüvvələrinin generalı müxalifətə keçib- eyni zamanda qoşun dairələri müxalifətə dəstək versə, Maduro devriləcək. Əgər son 1-2 həftəni dözsə, Maduro iqtidarda qalmağı təmin edəcək. Sonra müxalifətə ən böyük güzəşt növbədənkənar seçkilər təyin etməsi olar ki, bunu da elan edib. Seçkilərin nəticələrindən asılı olaraq, Maduro sivil qaydada hakimiyyətdən gedə bilər. Bu da onun üçün qələbə olacaq. Əsas odur ki, bu hakimiyyət dəyişikliyi küçə, hərbi xunta yolu ilə olmasın”.//yeni musavat/BAKU.WS

Son xəbərlər