Növbə Vensuelaya çatdı: Amerika müxalif liderini prezident kimi tanıdı
23
yan
2019
23:36
Amerika prezidenti Donald Tramp Venesuela müxalifətinin lideri – Milli Assambleyanın rəhbəri Xuan Quaydonu bu ölkədə prezident səlahiyyətlərini müvəqqəti icra edən şəxs kimi tanıyıb. BAKU.WS-in məlumatına görə, bu barədə Ağ Ev bəyanat yayıb. Paytaxt Karakasın Çakao rayonunda etirazçılar qarşısında çıxış edən Xuan Quaydo da prezident səlahiyyətlərini öz üzərinə götürdüyünü elan edərək and içib.Bundan öncə ABŞ-ın vitse-prezidenti Mayk Pens Venesuela prezidenti N.Maduronu “diktator” adlandıraraq, Latın Amerika ölkəsinin müxalifətinə və onun lideri Xuan Quaydoya dəstəklərini ifadə etmişdi.Ardınca Maduro bəyan etdi ki, Amerika hökumətilə münasibətlərə yenidən baxılması və müəyyən siyasi tədbirlərin görülməsi barədə qərar qəbul edib.BAKU.WS
Oxşar xəbərlər
Donald Tramp toya səhv getdi, gəlini qucaqladı və ... VİDEO
Amerika prezidenti Donald Tramp yenə də böyük müzakirələrə səbəb olan hərəkətlər edib.BAKU.WS xəbər xəbər verir ki, D.Tramp səhvən başqa toy məclisinə gedib. H...