Prezident İlham Əliyev Donald Trampa başsağlığı verdi

Prezident İlham Əliyev Donald Trampa başsağlığı verdi
Siyasət 1083
Azərbaycan Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampa başsağlığı verib.BAKU.WS-in məlumatına görə, başsağlığında deyilir: "Hörmətli cənab Prezident, Florida ştatının Parklend şəhərində məktəbdə törədilmiş silahlı hücum nəticəsində insan tələfatı və yaralananlar barədə xəbərdən olduqca kədərləndim.Bu dəhşətli hadisə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Amerika xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm".BAKU.WS

Son xəbərlər