İlham Əliyevdən Ərdoğana başsağlığı: "Bu bizi son dərəcə hiddətləndirir!"

İlham Əliyevdən Ərdoğana başsağlığı: Bu bizi son dərəcə hiddətləndirir!
Siyasət 1067

Prezident İlham Əliyev Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib.

BAKU.WS" xəbər verir ki, başsağlığında deyilir:

"Ankara şəhərində törədilmiş amansız terror aktı nəticəsində çoxsaylı insan tələfatı xəbəri bizi olduqca kədərləndirdi.

Biz bu dəhşətli hadisədən son dərəcə hiddətlənir, terrorizmi qətiyyətlə pisləyir və ona qarşı ən kəskin şəkildə mübarizəni labüd hesab edirik.

Baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm. Allah rəhmət eləsin!”.

BAKU.WS

Oxşar xəbərlər

İlham Əliyev Putinə başsağlığı verdi

İlham Əliyev Putinə başsağlığı verdi

Azərbaycan prezidenti İlham Əliyev Vorkutada mədəndə baş vermiş partlayışlar nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar rusiyalı həmkarı Vladimir Putinə b...

1899 Siyasət 15:33 29 fevral 2016

Son xəbərlər