İlham Əliyevdən Ərdoğana başsağlığı

İlham Əliyevdən Ərdoğana başsağlığı
Siyasət 1002

 

Prezident İlham Əliyev Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib. 

BAKU.WS-in məlumatına görə, başsağlığı məktubunda deyilir: 

"Əziz Qardaşım,

İstanbulun Sultanəhməd meydanında törədilmiş partlayış nəticəsində insanların həlak olması və yaralanması xəbərindən olduqca sarsıldıq.

Biz bu amansız terror aktından son dərəcə hiddətlənir, terrorizmin bütün təzahürlərinə qarşı ən kəskin şəkildə və hamılıqla mübarizə aparılmasını zəruri hesab edirik.

Baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm.

Allah rəhmət eləsin!"

BAKU.WS

Son xəbərlər