İlham Əliyev Putinə başsağlığı verdi

İlham Əliyev Putinə başsağlığı verdi
Siyasət 1899

Azərbaycan prezidenti İlham Əliyev Vorkutada mədəndə baş vermiş partlayışlar nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar rusiyalı həmkarı Vladimir Putinə başsağlığı verib. BAKU.WS-in məlumatına görə, dövlət başçısının məktubunda deyilir: "Hörmətli Vladimir Vladimiroviç, Vorkutadakı "Severnaya” şaxtasında partlayışlar nəticəsində çoxsaylı insan tələfatı barədə xəbər məni dərindən kədərləndirdi. Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizə, həlak olanların doğmalarına və yaxınlarına, bütün Rusiya xalqına dərin hüznlə başsağlığı verirəm. Zərərçəkənlərin tezliklə sağalmasını arzu edirəm”. Qeyd edək ki, Severnaya” şaxtasında partlayışlar nəticəsində 36 nəfər ölüb

BAKU.WS

Son xəbərlər