İlham Əliyev Misir Prezidentinə başsağlığı verib
24
noy
2017
18:46
Prezident İlham Əliyev Misir Prezidenti Əbdülfəttah əs-Sisiyə başsağlığı verib.Başsağlığında deyilir: "Hörmətli cənab Prezident, Ər-Rauda məscidinə silahlı hücum nəticəsində çoxsaylı insan tələfatı və yaralananlar barədə xəbər bizi olduqca kədərləndirdi.Biz dinc insanlara qarşı yönəlmiş bu dəhşətli terror aktından son dərəcə hiddətlənir, terrorizmin bütün təzahürlərinə qarşı ən sərt şəkildə, qətiyyətlə və ardıcıl mübarizə aparılmasını zəruri və vacib hesab edirik.Baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Misir xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm".BAKU.WS
Oxşar xəbərlər
Prezident İlham Əliyev İranda baş verən faciəyə görə Həsən Ruhaniyə başsağlığı verib
Azərbaycan Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Həsən Ruhaniyə başsağlığı məktubu göndərib. BAKU.WS xəbər verir ki, məktubda deyilir: "...