İlham Əliyev toyda baş verən partlayışa görə Ərdoğana başsağlığı verdi

İlham Əliyev toyda baş verən partlayışa görə Ərdoğana başsağlığı verdi
Siyasət 1542

 

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib.

BAKU.WS-in məlumatına görə, başsağlığı məktubunda deyilir:

"Hörmətli cənab Prezident, 

Əziz Qardaşım,

Qaziantep vilayətində toy mərasimi zamanı törədilmiş dəhşətli partlayış nəticəsində çoxsaylı insan tələfatı və yaralananlar barədə xəbər bizi olduqca sarsıtdı.

Biz bu amansız terror əməlindən, ölkənizdə xaincəsinə törədilmiş digər terror aktlarından son dərəcə hiddətlənir, terrorizmin bütün təzahürlərinə qarşı hamılıqla, qətiyyətlə və ardıcıl mübarizə aparılmasını vacib və zəruri hesab edirik.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün qardaş Türkiyə xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm.

Allah rəhmət eləsin!"

Şahin Həbibov

BAKU.WS

Oxşar xəbərlər

Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

Prezident İlham Əliyev Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu göndərib. BAKU.WS AZƏRTAC-a istinadən bildirir ki, məktubda...

1055 Siyasət 10:26 29 iyun 2016

Son xəbərlər