Bakı–Quba yolunda beton baryerlərin yeri qanunsuz dəyişdirilib

Bakı–Quba yolunda beton baryerlərin yeri qanunsuz dəyişdirilib
Video
Sosial 99

M-1 Bakı–Quba–Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunun 77-ci kilometrliyində, Xızı rayonunun Giləzi kəndi ərazisində yolun ayırıcı hissəsində nəqliyyat vasitələrinin qarşı hərəkət zolağına keçməsinin qarşısını almaq məqsədilə quraşdırılmış 2 ədəd beton baryerin qanunsuz olaraq yerinin dəyişdirildiyi aşkar edilib.

Bu barədə BAKU.WS-in sorğusuna cavab olaraq AAYDA-nın mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, sözügedən beton baryerlərin əməkdaşlarımız tərəfindən əvvəlki yerinə bərpası qısa müddət ərzində təmin olunub.

"Qeyd edək ki, belə halların gələcəkdə təkrarlanacağı təqdirdə, qanunvericiliyə uyğun müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən aidiyyəti hüquq-mühafizə orqanlarına müraciət ediləcəkdir", - deyə məlumatda vurğulanıb.

Banu Hüseynli

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər