Bu gün Türkiyədə prezident və parlament seçkiləri keçiriləcək
24
iyn
2018
10:14
Bu gün Türkiyədə növbədənkənar prezident və parlament seçkiləri keçiriləcək.Səsvermələrin nəticələri onun nəticələri ölkənin yaxın gələcəkdəki inkişafını müəyyənləşdirəcək. Prezident seçkilərində ölkənin hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan, Cümhuriyyət Xalq Partiyasının namizədi Məhərrəm İncə, Vətən Partiyasından Doğu Perincək, Səadət Partiyasından namizəd Təməl Karamollaoğlu və digər siyasi partiyaların nümayəndələri seçkilərdə qalib gəlmək uğrunda mübarizə aparacaqlar. MHP, CHP, İyi Partiya, Səadət Partiyası, BBP, hakim Ədalət və İnkişaf Partiyası, Xalqların Demokratik Partiyası, Demokratik Partiya və digər siyasi partiyalar parlament seçkilərində mübarizə aparacaqlar. Seçkilərdə 56 milyon 322 min 632 seçici qeydiyyata alınıb. Seçki məntəqələrində 180065 seçki qutusu qoyulub.Türkiyənin xaricində yaşayan ölkə vətəndaşları iyunun 7-dən 19-dək keçirilən səsvermələrdə səs veriblər. Ölkənin sərhədlərindən xaricdə qeydiyyata alınan seçicilər həmçinin bu gün Türkiyə sərhədindən kənardakı nəzarət buraxılış məntəqələrində saat 17-dək səs verə bilərlər. Seçkiləri xarici müşahidəçilər, KİV nümayəndələri də izləyəcək. Seçki məntəqələri yerli vaxtla saat 8:00-da açılacaq və 17:00-dək fəaliyyət göstərəcək. Səsvermələr başa çatdıqdan sonra namizədlərin topladıqları səslərin hesablanmasına başlanılacaq. Ali Seçki Komissiyasının qərarına əsasən, əvvəlcə prezidentliyə namizədlərin səsləri sayılacaq."Report"
Oxşar xəbərlər
Azərbaycanda yaşayan Türkiyə vətəndaşları üçün səsvermə başladı
Azərbaycanda yaşayan Türkiyə vətəndaşları iyunun 17-də keçiriləcək parlament və prezident seçkilərində səs verməyə başlayıblar.Səsvermə Türkiyənin Bakıdakı səfi...