Nazir: "Ölkədə dövlət çevrilişi baş verir"
24
yan
2019
21:54
"Venesuelada dövlət çevrilişi baş verir".BAKU.WS “RİA Novosti”yə istinadən xəbər verir ki, ölkənin müdafiə naziri Vladimir Padrinyo Lopes deyib. O qeyd edib ki, Venesuelada demokratiyaya və qanuni prezidentə qarşı dövlət çevrilişi edilir. O, Nikolas Maduro Venesuelanın qanuni prezidenti olduğunu bəyan edib.Xatırladaq ki, paytaxt Karakasın Çakao rayonunda etirazçılar qarşısında çıxış edən müxalif lider Xuan Quaydo da prezident səlahiyyətlərini öz üzərinə götürdüyünü elan edərək and içib.Bundan öncə ABŞ-ın vitse-prezidenti Mayk Pens Venesuela prezidenti N.Maduronu “diktator” adlandıraraq, Latın Amerika ölkəsinin müxalifətinə və onun lideri Xuan Quaydoya dəstəklərini ifadə etmişdi.ABŞ prezidenti Donald Tramp Quaydonu qanuni prezident kimi tanıyıb. Bundan başqa, Argentina, Braziliya, Qvatemala, Gürcüstan, Kanada, Kolumbiya, Peru, Çili və Ekvador Quaydonun prezidentliyini rəsmən qəbul edib.BAKU.WS
Oxşar xəbərlər
Növbə Vensuelaya çatdı: Amerika müxalif liderini prezident kimi tanıdı
Amerika prezidenti Donald Tramp Venesuela müxalifətinin lideri – Milli Assambleyanın rəhbəri Xuan Quaydonu bu ölkədə prezident səlahiyyətlərini müvəqqəti icra e...