Trampla Kim Çen In arasında keçiriləcək görüşün tarixi və yeri müəyyənləşib
10
may
2018
09:39
ABŞ prezidenti Donald Tramp və Şimali Koreya lideri Kim Çen In arasında görüşün tarixi və yeri müəyyənləşib. BAKU.WS RİA Novosti-yə istinadən xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Mayk Pompeo bəyan edib.“Görüşün tarixi və yeri müəyyənləşib. Gələn həftənin əvvəlində bu barədə rəsmi məlumat veriləcəyinə ümid edirik”, - deyə M.Pompeo qeyd edib.Onun sözlərinə görə, danışıqların bir gün ərzində aparılacağı nəzərdə tutulsa da, müzakirələrdən asılı olaraq görüşün müddəti uzadıla bilər.Qeyd edək ki, bu gün ABŞ-ın dövlət katibi Şimali Koreyaya səfər edərək bu ölkənin lideri Kim Çen In ilə görüşüb.BAKU.WS
Oxşar xəbərlər
Kim Çen Inın 12 cangüdəni - FOTO
Şimali Koreya lideri Kim Çen İn Cənubi Koreya ilə keçirilən danışıqların ilk mərhələsi başa çatdıqdan sonra nahara yollanıb.BAKU.WS axar.az xəbər verir ki, cidd...