İvana Trampın ölüm səbəbi bəlli oldu

İvana Trampın ölüm səbəbi bəlli oldu
Siyasət 741

ABŞ-ın keçmiş Prezidenti Donald Trampın birinci həyat yoldaşı İvana Trampın ölüm səbəbi bəlli olub. Belə ki, o, bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

BAKU.WS “qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə məlumatı Nyu-York məhkəmə-tibbi ekspertizasının baş mütəxəssisi yayıb.

Məlumata görə, İvana Trampın dünyasını dəyişməsinə səbəb aldığı xəsarətlər olub. Hazırda polis onun pilləkəndən yıxılması ehtimalını araşdırır. Belə ki, yerli media İvana Trampın cəsədinin evinin birinci mərtəbəsində pilləkənin aşağı hissəsində aşkar olunduğunu yazır.

Xatırladaq ki, iyulun 14-ü İvana Trampın vəfat etməsi ilə bağlı məlumat yayılıb. İlkin məlumatda onun ürəktutmadan dünyasını dəyişdiyi bildirilirdi.

Qeyd edək ki, İvana və Donald Tramp 1977-1992-ci illərdə evli olublar. Onların bu evlilikdən 3 övladı var.

Oxşar xəbərlər

Trampın birinci həyat yoldaşı vəfat etdi

Trampın birinci həyat yoldaşı vəfat etdi

ABŞ-ın keçmiş Prezidenti Donald Trampın birinci həyat yoldaşı İvana Tramp 73 yaşında vəfat edib. BAKU.WS BBC-yə istindla xəbər verir ki, o, Nyu-Yorkdakı evində...

155 Siyasət 09:15 15 iyul 2022

Son xəbərlər