Putinlə Tramp arasında görüş baş tutub

Putinlə Tramp arasında görüş baş tutub
Siyasət 1352
Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında Helsinkidə görüş baş tutub.BAKU.WS-in məlumatına görə, liderlər öncə təkbətək görüşüblər. Görüş iki satdan çox davam edib. Sonra nümayəndə heyətlərinin iştirakı ilə danışıqlar davam etdirilib. Görüşdən sonra keçirilən birgə brifinqdə Rusiya prezidenti Vladimir Putin deyib ki, görüş açıq və işgüzar mühitdə keçdi. Bu gün həm Rusiya, həm də ABŞ digər təhlükələrlə üz-üzədir. "İki nüvə nəhəngi kimi biz dünyada təhlükəsizliyin təmin olunması işində məsuliyyət daşıyırıq. Hesab edirik ki, hərbi-siyasi və silahsızlanma məsələlərində birgə işləməyə hazırıq. Biz terrora qarşı birgə mübarizənin tərəfdarıyıq. Bizim xüsusi xidmət orqanlarımız bir yerdə işləyir və çox uğurlu işləyir”, Putin əlavə edib. O qeyd edib ki, görüşdə regional böhranlar bağlı müzakirələr də aparılıb:“Bütün məsələlərdə mövqelərimiz üst-üstə düşmür. Lakin mövqelərimizin üst-üstə düşdüyü məsələlər də var. Rusiya və ABŞ Suriya məsələsində təşəbbüsü öz əlinə ala və qaçqınların öz doğma evlərinə qayıtmasına kömək edə bilər. Ukrayna böhranına diqqət ayırdıq. Minsk razılaşmasının yerinə yetirilməsinin vacibliyi qeyd olunub. İki ölkə arasında ticarət-iqtisadi əlaqələri müzakirə etdik. Prezident Tramp Rusiyanın ABŞ-dakı seçkilərə müdaxilə etməsi ilə bağlı məsələni xatırlatdı. Mən bir daha qeyd etdim ki, Rusiya hökuməti heç vaxt ABŞ-da seçkilərə müdaxilə etməyib. Biz ilk tam formatlı görüşümüzdən razıyıq. Ümid edirəm ki, biz bir-birimizi daha yaxşı başa düşməyə başlamışıq”.ABŞ prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə görüşü məhsuldar adlandırıb. "Dialoq təkcə ABŞ üçün deyil, həm Rusiya, həm də bütün dünya üçün yaxşıdır. Bugünkü görüş uzun prosesin başlanğıcıdır".Tramp rusiyalı həmkarı ilə İrana təzyiq göstərilməsi məsələsini müzakirə etdiyini söyləyib: "Suriya məsələsini müzakirə etdik. Bu çox çətin məsələdir. ABŞ imkan verməyəcəyik ki, İran İŞİD-ə qarşı uğurlu kampaniyamızdan istifadə etsin".Amerikada keçirlən prezident seçkilərinə gəlincə, Tramp deyib ki, seçki kampaniyam dövründə heç bir sövdələşmə olmayıb. "Mən, heç Rusiya prezidentini tanımamışam". Ona ünvanlanan "ABŞ kəşfiyyatı iddia edir ki, Rusiya seçkilərə müdaxilə edib, Rusiya isə deyir ki, etməyib. Siz kimə inanırsız?" sualına cavabında Tramp hər iki tərəfə inandığını söyləyib.Həmin suala Putin isə belə cavab verib: "Mən də kəşfiyyatda işləmişəm və dosyelərin necə hazırlandığını bilirəm. Bu məsələ ilə bağlı son qərarı operativ xidmət orqanları deyil, məhkəmələr verir". “Sizə kim deyib ki, Tramp mənə güvənir və ya mən Trampa güvənirəm. Heç kəs heç kəsə güvənmir. Heç güvənmək də lazım deyil. Tramp öz ölkəsinin maraqlarını müdafiə edir. Seçki kampaniyası dövründə hansısa sövdələşmənin olması haqqında məlumat yalandır. Bəli, Trampın seçki kompaniyası dövründə Rusiya ictimaiyyətində ona böyük simpatiya olub. İstəyirdim ki, Tramp seçkilərdə qələbə qazansın".Putin Rusiyanın əlində Trampla bağlı kompromatların olması haqqında da suala cavab verib: "Tramp Moskvaya gələndə, mən heç onun Moskvada olduğunu bilməmişəm. Trampa böyük hörmətim var. O, biznesmen kimi gəlib. Peterburq İqtisadi Forumunda yüzlərlə amerikalı biznesmen iştirak edir. Biz onların hər biri haqqında dosye toplayırıq, kompromat hazırlayırıq?BAKU.WS

Oxşar xəbərlər

Putinin Türkiyəyə səfəri başlayıb

Putinin Türkiyəyə səfəri başlayıb

Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə iki günlük səfəri başlayıb. BAKU.WS-in məlumatın agörə, prezident Rəcəb Tayyib Ərdoğan həmkarını Ankaradakı prezide...

2879 Siyasət 20:30 03 aprel 2018

Son xəbərlər