Ərdoğan: Türkiyə və Rusiya arasında əməkdaşlıq gündən günə güclənir

Ərdoğan: Türkiyə və Rusiya arasında əməkdaşlıq gündən günə güclənir
Siyasət 1419
Bu həftə ərzində Türkiyə və Rusiya nümayəndələri görüş keçirəcəklər və S-400 zenit-raket komplekslərinin alınması məsələsini konkretləşdirəcəklər.BAKU.WS xəbər verir ki, bunu Ankarada Rusiya prezidenti Vladimir Putinlə keçirdiyi birgə mətbuat konfransında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. O qeyd edib ki, Türkiyə və Rusiya arasında olan əmtəə dövriyyəsi cari ilin ilk 10 ayı ərzində 30 faiz artıb. "Türkiyə və Rusiya arasında əməkdaşlıq gündən günə güclənir. Siyasi sahədə razılaşdırılmış addımlar atılır", deyə Ərdoğan əlavə edib.Türkiyə prezidenti həmçinin ABŞ-ın Qüdslə bağlı verdiyi qərar məsələsinə toxunub. O qeyd edib ki, Rusiya və Türkiyənin bu məsələ ilə bağlı yanaşması oxşardır və tərəflər bu istiqamətdə səyləri davam etdirəcəklər.Rusiya prezidenti Vladimir Putin də görüşün nəticələrindən razı qaldığını bildirib. O deyib ki. Türkiyə prezidenti ilə danışıqlar işgüzar və konstruktiv şəraitdə keçdi.“Qeyd etmək istərdim ki, danışıqlar işgüzar və konstruktiv şəraitdə baş tutdu. Biz ikitərəfli əməkdaşlıq, o cümlədən strateji ticarət-iqtisadi və hərbi-texniki layihələrin həyata keçirilməsini müzakirə etdik, beynəlxalq və regional gündəliyin aktual məsələləri ilə bağlı fikir mübadiləsi apardıq” - deyə V.Putin vurğulayıb.BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər