Putinlə Ərdoğan arasında görüş olub

Putinlə Ərdoğan arasında görüş olub
Siyasət 1533
Soçi şəhərində Rusiya prezidenti Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş olub.BAKU.WS xəbər verir ki, Türkiyə tərəfdən görüşdə xarici işlər naziri Mövlud Çavuşoğlu, Silahlı Qüvvələrin Baş Qərargah rəisi Hulusi Akar və Milli İstihbarat (Kəşfiyyat) Təşkilatının rəhbəri Hakan Fidan iştirak edib.V. Putin görüşdə bildirib ki, Moskva və Ankara münasibətləri praktiki olaraq tam bərpa olunmuş sayıla bilər. Onun sözlərinə görə, bu ilin 8-9 ayı ərzində iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 2016-cı ilin tənəzzülündən sonra üç dəfədən çox artıb. Rusiya prezidenti qeyd edib ki, ölkəsi Türkiyə ilə praktiki olaraq bütün istiqamətlərdə, o cümlədən Suriya münaqişəsinin nizamlanmasında iş aparır. Putin türkiyəli həmkarına Rusiyaya səfər etdiyinə görə təşəkkürünü bildirib.Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan isə çıxışında regional məsələlərin həllində ikitərəfli əməkdaşlığa diqqəti yönəldib: "Moskva və Ankara arasında siyasi, hərbi və iqtisadi-ticarət sahələrində münasibətlər günü gündən inkişaf edir. Yüksək səviyyədə təmaslar həyata keçirilir. Əminəm ki, bu gün ki görüş də məhsuldar olacaq".BAKU.WS

Oxşar xəbərlər

Ərdoğan Rusiyaya gedəcək

Ərdoğan Rusiyaya gedəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyaya səfər edəcək.BAKU.WS-in məlumatına görə, səfər noyabrın 13-də baş tutacaq.Səfər zamanı R.T.Ərdoğan rusiyalı həm...

1027 Siyasət 17:33 06 noyabr 2017

Son xəbərlər