Müdafiə Nazirliyi: Ermənistan yalan məlumatlar yayır
23
iyn
2017
10:42
Azərbaycanın Müdafiə Nazirliyi ordumuzun itki verməsi haqda Ermənistan KİV-lərində yayılan məlumatları əsassız adlandırıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-in sorğusuna cavab olaraq bildirilib ki, Ermənistanın hərbi rəhbərliyi cəbhədəki son itki və uğursuzluqlarına bəraət qazandırmağa və vahimə içində yaşayan erməni əhalisinə azacıq "inam” verməyə hesablanmış uydurma və yalan məlumatdan növbəti dəfə istifadə edib.
Qeyd edək ki, Ermənistan mətbuatında Azərbaycan ordusunun cəbhədə diversiya etməsi və itki verməsi barədə yalan məlumatlar yayıb.
İman
BAKU.WS
Oxşar xəbərlər
7 hərbçisimizin həlak olması barədə iddialara rəsmi cavab
"Erməni mahiyyəti növbəti dəfə özünü büruzə verdi. Ermənistan Ordusunun rəhbərliyi uğursuzluqla nəticələnən təxribat əməliyyatına haqq qazandırmaq, erməni xalqı...