Azərbaycan Müdafiə Nazirliyi: “Ermənistan tərəfi yeni təxribatlar hazırlayır”

Azərbaycan Müdafiə Nazirliyi: “Ermənistan tərəfi yeni təxribatlar hazırlayır”
Siyasət 2737

 

Ötən gecə işğalçı erməni silahlı qüvvələrinin rəhbərliyi Azərbaycan tərəfinin atəş açması barədə məlumat yayıb. Atəşin 60, 82, 120 mm-lik minaatanlar vasitəsilə həyata keçirildiyi iddia olunub.

Azərbaycan Müdafiə Nazirliyi mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı virtualaz.org-un sorğusuna cavab olaraq, Ermənistan tərəfinin bu bəyanatını şərh edib.

Polkovnik V.Dərgahlı bildirib ki, Ermənistan tərəfinin yaydığı informasiya həqiqətəuyğun deyil və təxribat xaratkeri daşıyır.

"Hazırda Ermənistanla Azərbaycan qoşunlarının təmas xəttində sakitlik hökm sürür, tərəflər atəşkəs rejiminə riayət edir. Qarşı tərəf və bizim qüvvələr bir-birilərinin mövqeyinə atəş açmır”, - deyə Müdafiə Nazirliyi mətbuat xidmətinin rəhbəri qeyd edib.

Polkovnik V. Dərgahlı hesab edir ki, erməni tərəfi Azərbaycan Silahlı Qüvvələrinin atəş açması ilə bağlı yalan məlumatlar yaymaqla, yeni təxribatlar hazırlayır.

BAKU.WS

Son xəbərlər