Düşmən hərbi texnika ilə dolu maşınımızı ələ keçirib? - RƏSMİ CAVAB
Ötən gecə Ermənistan Müdafiə Nazirliyi Azərbaycan Silahlı Qüvvələrinin guya hərbi texnika ilə dolu maşınının ələ keçirilməsi barədə məlumat yayıb.
BAKU.WS xəbər verir ki, bununla bağlı Trend-in sorğusuna cavab olaraq Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı bildirib ki, Ermənistan tərəfinin yaydığı bu məlumat növbəti dezinformasiyadır: "Heç bir hərbi təhlükə mənbəyi olmayan, qeyri-döyüş nəqliyyat vasitəsinə qarşı xüsusi təyinatlıların cəlb edilməsi ilə əməliyyatın təşkil edilərək keçirilməsi yalnız Ermənistan Müdafiə Nazirliyinin ağlına gələ bilərdi. Hətta Ermənistanın hərbi nazirliyi bu barədə bütün dünyaya car çəkməkdən belə utanmayaraq bununla "fəxr" edir.
Hər kəsə məlumdur ki, bu tip nəqliyyat vasitəsi heç bir döyüş və müdafiə vasitəsi ilə təmin olunmadığından hərbi təhlükə mənbəyi ola bilməz".
V.Dərgahlı qeyd edib ki, döyüş meydanında məğlubiyyətə uğrayan erməni hərbi rəhbərliyi müxtəlif əfsanələr və gülüş doğuracaq hadisələr uydurmaqla əhalisini sakitləşdirməklə rahatlıq tapmağa çalışır: "Sirr deyil ki, həqiqətən hərbi əməliyyatların gedişi zamanı hər iki tərəfdən müxtəlif növ texnikalar vurulub və ya sıradan çıxarılıb. Ehtimal etmək olar ki, aktiv döyüş toqquşmaları sona çatdıqdan sonra Ermənistan Müdafiə Nazirliyi öz aktivinə daha bir "xəyali qələbəni" əlavə etmək qərarına gəlib.
Diqqət çəkən daha bir məqam ondan ibarətdir ki, Azərbaycan ərazisində xüsusi əməliyyatın keçirilməsi barədə Ermənistan Müdafiə Nazirliyi tərəfindən bu tip bəyanatın yayılması onların məsuliyyətsizliyinin, əldə olunan razılaşmalara saymazyana münasibətin bariz nümunəsidir və atəşkəs rejimini erməni tərəfinin pozmasının sübutudur".
Oxşar xəbərlər
"Ermənilər işğal etdiyi əraziləri tərk etməzsə, onları çox “sürprizlər” gözləyəcək"
"Ermənistan prezidenti Serj Sarkisyan, eləcə də bu dövlətin yüksək çinli hərbi rütbəliləri və müxtəlif ekspertlərinin son döyüşlərdən sonra Azərbaycan Silahlı Q...