Müdafiə Nazirliyi ermənilərin helikopterimizi vurması xəbərinə reaksiya verdi
02
apr
2016
10:34
Azərbaycan Müdafiə Nazirliyi Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus helikopterin ermənilər tərəfindən vurulması barədə Ermənistan mətbuatında yazılanlara münasibət bildirib.
BAKU.WS xəbər verir ki, Nazirliyin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı APA-ya açıqlamasında bildirib ki, bu barədə yayılan məlumatlar kökündən yalandır: "Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus aviasiya dəstələri tam heyətdə yerindədir”
Qeyd edək ki, ermənilər Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus helikopterin vurulması barədə məlumat yayıb.
BAKU.WS
Oxşar xəbərlər
Türkiyənin daha bir Rusiya təyyarəsini vurması xəbəri yayıldı
Türkiyə hərbi hava qüvvələrinin qırıcılarının daha bir Rusiya təyyarəsini vurduğu barədə xəbərlər yayılıb. BAKU.WS-in məlumatına görə, bu barədə "Əl-Cəzirə" te...